Gülər Əhmədovanın rəsm əsəri “Dəmir yumruq”  “Birlik yarmarkası”nda nümayiş etdirilib

Gülər Əhmədovanın rəsm əsəri “Dəmir yumruq” “Birlik yarmarkası”nda nümayiş etdirilib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən “Birlik Yarmarkası” Xeyriyyə Rəsm Sərgisində maraqlı şəxsiyyətlərin əl işləri nümayiş olunub.

Azadmediatv.com xəbər verir ki, Azərbaycan-Türkiyə İş Adamları Birliyi, Leykemiya ilə Mübarizə İctimai Birliyi, Birlik Yarmarkası və “Asterias” Təlim və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bu nəcib təşəbbüs, uşaqların rəsm əsərlərini daha böyük bir məqsəd üçün — Leykemiya ilə mübarizə aparan kiçik ürəklərə dəstək olmaq üçün bir araya gətirib. 

Belə ki, rəsm əsərləri mümayiş etdirilənlərin məqsədi paylaşmağın, yardım etməyin və birlikdə daha güclü olmağın məsuliyyətini hiss etməklə yanaşı, bu hisslərin nə qədər dəyərli olduğunu dərindən anlatmaqdır.  Satış-sərgidə 180 rəsm əsəri nümayiş etdirilib. 

Onların arasında sabiq millət vəkili və uşaq təşkilatının sədri Gülər Əhmədovanın ərsəyə gətirdiyi  “Dəmir yumruq” əsəri də var.

G.Əhmədova xeyli müddətdir ki, rəsssamlığın sirlərini öyrənmək üçün peşəkarlardan dərs alır.

Qeyd edək ki, bu tədbir sayəsində uşaqlarda mərhəmət, xeyirxahlıq, empatiya və sosial məsuliyyət kimi dəyərlər formalaşmaqla yanaşı, yaradıcı düşüncə, əməkdaşlıq və özünüifadə bacarıqları da inkişaf etdirilmişdir. Eyni zamanda, uşaqlar humanitar fəaliyyətlərin önəmini dərk etməklə cəmiyyətə töhfə verməyin sevincini yaşayıblar. 

Xatırladaq ki, satış-sərgidən əldə edilən gəlir leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə sərf ediləcək.

Gülnaz Qənbərli

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR