“Kukold” münasibətlərinin psixologiyası

“Kukold” münasibətlərinin psixologiyası

 

Müasir dövrdə seksual tərəf, porno-saytların “sayəsində”, çoxşaxəli bir formaya çevrilib. Bu saytlar milyonlarla baxış toplayır. Amma heç kim düşünmür ki, bütün bunlar necə çəkilir, bu səhnələrin arxasında nə dayanır. Bir çoxları bu “filmləri” izləyir və sadəlövh şəkildə inanır ki, həyatda da hər şey eynilə belə olmalıdır.

Bu, elə bil ki, uşaqlıqda “Zoluşka” nağılını izləyən qızın böyüyəndə hələ də mehriban pəri gözləməsinə bənzəyir — guya o gələcək, onu bal gecəsinə göndərəcək və o da şahzadə ilə xoşbəxt yaşayacaq. (Halbuki heç kim o nağılın sonunda, əslində, nə baş verdiyini bilmir və bilməyəcək də.)

Və ya Assol kimi — sahilə çıxıb illərlə Qreyini gözləyən qadın kimi.

Eyni prinsip bu gün bir çox kişilərə də aiddir. Onlar da “nağıllara” inanırlar. Sadəcə, indi baxdıqları “kino” artıq böyüklər üçündür. İnsan böyüyüb, amma nağıl — qalıb.

Seksual müxtəliflik getdikcə daha da genişlənir. Zaman keçdikcə doyma, bezmə hissi yaranır və insanlar yeni təcrübələr axtarırlar. Erotik filmlər isə bu baxımdan saysız-hesabsız “variantlar” təklif edir. Onlardan biri də “kukold kişi” modelidir.

Bu mövzuya bir az fərqli tərəfdən baxmaq istəyirəm — qadına zövq vermək istəyi kimi yox, kişinin öz eqoist ehtiyaclarını ödəmək forması kimi (ər öz arvadının başqalarıyla yataq səhnələrində iştirak edir və ya kənardan izləyir).

Bu münasibətlərdə qadın özü sevgililər tapmalı, görüşləri təşkil etməli olur.

Bu mövzunu araşdırarkən bir maraqlı məqama diqqət etdim:

Belə meyilləri olan bir kişinin öz həyat yoldaşını maddi cəhətdən təmin etməyə həvəsli olduğunu hələ görməmişəm.

Yəni, formal olaraq o “ər”dir, amma əslində qadının ətrafında onu həm fiziki, həm də maddi baxımdan təmin edən başqa kişilər var.

Kukold kişi isə bunların hamısına tamaşa edib öz mazoxist ehtiyaclarını təmin edir.

Bu, müşahidə və araşdırma üçün doğrudan da maraqlı psixoloji sahədir.

Bu davranışın psixoloji səbəbləri çoxdur:uşaqlıqda sərt ana tərbiyəsi, uşağın yataq səhnələrini təsadüfən görməsi, yeniyetməlik dövründə masturbasiya etdiyinə görə anası tərəfindən qınanması —bütün bunlar utanc hissinin formalaşmasına gətirib çıxarır.

Əgər insan özü istəyirsə, bu problemlərlə işləmək mümkündür.

Çünki bu sahədə həm intim komplekslər, həm də çoxlu psixoloji incəliklər ortaya çıxır.

Burada həm nəzarət, həm azadlıq, həm də öz sərhədlərini tanımaq məsələləri araşdırılır.

Bəs bu münasibətlərə razılıq verən qadınlar kimlərdir?

Fərqlidirlər. Amma əksəriyyəti — eksperimentlərə və özünü dərk etməyə açıq qadınlardır. Bəziləri bu modelə şüurlu seçimlə gəlir,bəziləri isə keçmişdəki bir fiquru (məsələn, əvvəlki sevgili və ya əri) alçaltmaq istəyir, bəziləri isə tək qalmaq qorxusundan bu yola düşür.

Hər hal özünəməxsusdur...

Yelena Kryuçkova, (psixoloq)