“Haber Global”   azərbaycanlı mina qurbanlarına görə,  xüsusi reportaj  hazırlayıb

“Haber Global” azərbaycanlı mina qurbanlarına görə, xüsusi reportaj hazırlayıb

Türkiyədə fəaliyyət göstərən “Haber global” Telekanalı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru ilə bağlı xüsusi reportaj yayımlayıb.

Azadmediatv.com-un xəbərinə görə, “Haber Global” Telekanalının  iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşən  Azərbaycan Dövlət İnformasiya Agentliyinin  müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının  operatoru Sirac Abışov daxil olmaqla üç nəfərin şəhid olması hadisəsi ilə başlanan reportajında 44 günlük müharibədə məğlub olaraq təslimçilik aktını qəbul edən Ermənistanın hərbi cinayətləri barədə türkdilli ictimaiyyətə geniş məlumat verilib.  Reportajda Ermənistanın  minalanmış ərazilərin xəritəsini verməməsinin məqsədli şəkildə olduğu da  qeyd edilib..

Belə ki,  telekanalın video-şərhində bildirilib ki, II  Qarabağ Müharibəsi  bitəndən sonra 2020-ci il noyabrın 10-dan bu günədək Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 20-si  mülki şəxs olmaqla 27 nəfər həyatını itirib, 115 nəfər yaralanıb. Yaralılardan 29 nəfər mülki vətəndaşdır.  Reportajda mina terrorunun qurbanına çevrilənlər barədə məlumatlar da geniş əksini tapıb.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR