Michael Oyta:

Michael Oyta: "Ermənistan minaların basdırılmasına milyonlar sərf edib"

Sidneydə fəaliyyət göstərən "Avstraliya-Azərbaycan Assosiasiyası" Azərbaycanda mülki əhlinin erməni separatçılarının basdırdığı minalardan həlak olması ilə bağlı  müraciət yayıb.

Azadmediatv.com-un xəbərinə görə, assosiasiyanın rəhbəri Michael Oytanın imzaladığı müraciətdə Avstraliyanın dövlət qurumlarının, hakim və müxalifət partiyalarının liderlərinin diqqəti Ermənistan tərəfindən hələ də davam edən təxribatçı hərəkətlərə yönəldilib. Bunun bariz nümunəsi kimi, iyunun 4-də içərisində jurnalistlərin və digər mülki şəxslərin olduğu avtobusun ermənilər tərəfindən basdırılmış tank əleyhinə minaya düşdüyü və nəticədə 3 nəfərin həlak olduğu qeyd edilir.

Müraciətdə bildirilir ki, Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərinə minaların basdırılmasına milyonlarla dollar sərf edib. Halbuki, bu gün dinc erməni əhalisinin həmin vəsaitə böyük ehtiyacı var.

Sənəddə assosiasiyanın rəhbərliyi Avstraliyanın müvafiq qurumlarını Ermənistanın davam etməkdə olan təxribatçı hərəkətlərini qətiyyətlə pisləməyə, buna qarşı etiraz səsini ucaltmağa çağırır. Vurğulayır ki, bu, dinc insanların həyatına qəsd olmaqla yanaşı, bütün insanlığa qarşı törədilən açıq-aşkar terror aktıdır.

Bildirilir ki, baş verənlər Ermənistan tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və yolların növbəti minalama cəhdlərinin faciəvi nəticəsinə daha bir sübutdur. Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular müharibə başa çatdıqdan sonrakı 7 ay ərzində 120-dən çox insanın həlak olmasına və yaralanmasına səbəb olub.

Müraciət bütün beynəlxalq təşkilatları Ermənistanın bu təxribatçı hərəkətlərinin qarşısını almaq üçün lazımi tədbirlər görmə si üçün çağırışla başa çatır.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR