"Paşinyan psixi durumuyla bağlı arayış gətirsə, debatı müzakirə edə bilərik" - ROBERT KÖÇƏRYAN

"Əgər baş nazir postunu tutan adam həkimdən psixoloji və ya başqa problemləri olmadığı barədə arayış gətirsə, biz debatlarda iştirak məsələsini müzakirə edə bilərik".

Ermənistan KİV-in yaydığı məlumata görə,  bu haqda Ermənistanın eks-prezidenti  Robert Köçəryanın liderliyindəki “Ermənistan” blokunun nümayəndəsi İşxan Saqatelyan tərəfindən səsələndirilib.

“Cavabımız olduqca aydındır. Bizim təslimçi və xainlə danışacaq və ya mübahisə edəcək bir şeyimiz yoxdur. Qarşımızda, sadəcə bir gündəm var, o da bu iqtidarı devirməkdir. Lakin bu günlərdə hakimiyyət bizə qarşı antitəbliğat apararaq qaçdığımızı söyləyir. Onun üçün niyyətimizi açıq şəkildə bəyan edirik! Əgər Paşinyan əlində tibbi arayşla gələrsə, o zaman debatda iştirak etməyi fikirləşə bilərik”, - deyə, o, bəyan edib.





OXŞAR XƏBƏRLƏR