Anar Cəbrayıllı:

Anar Cəbrayıllı: "Rəsmi müraciət elə, rəsmi cavab al" - QALMAQAL

ATV telekanalının kameramanı Ramin Şahbazov ilə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı arasında qalmaqal baş verib. Azadmediatv.com-un xəbərinə görə, R.Şahbazov sosial şəbəkə hesabında yazdığı statusda A.Cəbrayıllının onu hədələdiyini  vurğulayıb: "Anar Cəbrayıllı feysbukda paylaşdığım statusa görə, mənə zəng vurub hədə-qorxu gəlib. Ağzına gələni danışmaqdansa, suyumuzu çəkin".

A.Cəbrayıllı isə ATV-nin əməkdaşına tutarlı cavab verib: "Özünə bir az hörmət elə. Demişəm, qarğış eləmə. Ev tikəndə “Azərsu”dan texniki şərt almışdın, sənə söz verilmşdi ki, nə vaxt su çəkiləcək? Rəsmi müraciət elə, rəsmi cavab al. Həftə 8, mən 9 qarğışlı statuslarına məni tağ eləmə. Ayıbdır."

Qeyd edək ki, artıq bir neçə dəfədir ki, özünü "jurnalist" adlandıran şəxslər sosial şəbəkədə şəxsi problemlərini növbədənkənar həll etmək üçün  “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının çalışdığı qurum haqqında doğru olmayan məlumat yayırlar.





OXŞAR XƏBƏRLƏR