Bu şənbə ictimai nəqliyyat işləyəcək - BAKIDA

Bu şənbə ictimai nəqliyyat işləyəcək - BAKIDA

Nazirlər Kabineti Futbol üzrə Avropa çempionatınyla bağlı  yeni qərar verib.

Azadmediatv.com-un xəbərinə görə, Futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunu ilə əlaqədar olaraq həmin gün Azərbaycan paytaxtında ictimai nəqliyyat - sərnişin avtobusları və metro işləyəcək.

Belə ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.

Qərarda həmçinin deyilir ki, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-a qədər ictimai nəqliyyatda, o cümlədən "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.

Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR