Daxili işlər naziri Vilayət Eyvazov kadr dəyişikliyiylə bağlı əmr imzalayıb

Daxili işlər naziri Vilayət Eyvazov kadr dəyişikliyiylə bağlı əmr imzalayıb

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarında kadr dəyişikliyi ilə bağlı müvafiq əmr imzalayıb.

Azadmediatv.az-ın xəbərinə görə, əmrə əsasən, polis mayoru Məmmədov Xanlar Hüseyn oğlu Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsindən azad olunaraq, həmin idarəyə rəis təyin edilib.

 Belə ki, V.Eyvazovun digər əmri ilə polis mayoru Ramin Mehtixanov Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili vəzifəsindən azad olunaraq, həmin idarəyə rəis müavini təyin olunub.

Azadmediatv.az





OXŞAR XƏBƏRLƏR