Cəsusluqda ittiham edilən jurnalist həbs edilib
Polşanın Daxili Təhlükəsizlik Agentliyi Rusiyanın xeyirinə casusluqda ittiham olunan Yanuş N. adlı keçmiş jurnalisti (yerli qanunlara əsasən soyadı açıqlanmır) həbs edib.
Azadmediatv.com Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda Polşanın Dövlət Prokurorluğu rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, cəsusluqda ittiham edilən keçmiş jurnalist 2021-ci il mayın 31-də saxlanılıb. Yanuş N-nin yaşadığı mənzildə axtarış aparılan zaman 300 min zlot (84 min dollar) aşkarlanıb.
Prokurorluqdan bildirilib ki, o, Rusiya kəşfiyyat əməkdaşlarının tapşırığı üzrə Polşa və xarici siyasətçilər, o cümlədən Avropa Parlamentində işləyənlərlə təmas qurmalı imiş: “Təqsirləndirilən şəxs Polşanın Avropa İttifaqında və beynəlxalq arenada mövqeyini zəiflətmək məqsədi ilə Avropa İttifaqı və başqa ölkələrdə Rusiyanın tapşırığını yerinə yetirib”.
Məhkəmə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. İttihamlar təsdiqlənəcəyi halda Yanuş N-ni 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Azadmediatv.com