Cəbrayıl Rayon Məhkəməsinin sədri Mehman Nuriyev  vəfat edib

Cəbrayıl Rayon Məhkəməsinin sədri Mehman Nuriyev vəfat edib

Daha bir hakim dünyasını dəyişib. Cəbrayıl Rayon Məhkəməsinin sədri Mehman Nuriyev 63 yaşında vəfat edib. Azadmediatv.com-un xəbərinə görə, bu haqda mərhumun xalası oğlu, tanınmış ictimaiyyətçi Mərdan Seyidbəyli sosial hesabında  məlumat verib.

Allah rəhmət eləsin.

Xatırladaq ki, M.Nuriyev  Xaçmaz Rayon Prokurorluğunda stajçı, Şamaxı Rayon Prokurorluğunda müstəntiq vəzifəsi üzrə stajçı, müstəntiq, Neftçala Rayon Prokurorluğunun müstəntiqi, prokuror köməkçisi, Quba rayon prokurorunun müavini, Masallı rayon prokurorunun müavini, rayon prokuroru, Respublika Baş Prokurorluğunun Dövlət ittihamı idarəsinin prokuroru, Şəki Rayon Məhkəməsinin sədri, Şirvan İnzibati-iqtisadi Məhkəməsinin sədri və sonuncu iş yeri Cəbrayıl Rayon Məhkəməsinin sədri vəzifəsi olub.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR