Elman Quliyev Müsavat Partiyasındakı vəzifəsindən niyə qovulub?

Elman Quliyev Müsavat Partiyasındakı vəzifəsindən niyə qovulub?

Müsavat Partiyasının daxilində nələr baş verir? Gənclər Təşkilatının sədri Elman Quliyevin vəzifəsindən niyə kənarlaşdırılıb?

Bir neçə gün əvvəl Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Elman Quliyev "facebook" sosial şəbəkəsindəki şəxsi hesabında partiyadan ayrıldığını elan edib.

Azadmediatv.com konkret.az-a istinadən xəbər verir ki,  E.Quliyev  partiyadan ayrılma səbəblərinin təfərrüatları və digər məsələlər barədə heç bir məlumat  qeyd etməsə də, mötəbər mənbələrdən onun Müsavatdan ayrılması barədə  kifayət qədər maraqlı məlumatlar daxil olub.

 Belə ki, adının çəkilməsini istəməyən şəxs Müsavat Partiyasında yeni mühacir qalmaqalının baş verdiyini bildirib. Onun sözlərinə görə, hətta hadisələr o dərəcədə böyüyüb ki, hüquq-mühafizə orqanlarının prosesə müdaxilə ehtimalının qarşısını almaq üçün Elman Quliyev təcili  partiyadan istefaya göndərilib. Hazırda Müsavat Partiyasının  rəhbərliyində ciddi fikir ayrılıqları və münaqişələrin yaşandığı deyilir.

Mənbənin məlumatına görə, Müsavat Patyiyasında Gənclər Təşkilatını heç cür bərpa edə bilməyən  rəhbərlik  bu yolun effekt vermədiyini, siyasi proseslərdə uğur qazanmağın mümkün olmadığını dərk edib. Bundan sonra Elman Quliyevlə birgə daha yaxşı yaşamaq arzusunda olan şəxslərin mühacir statusu ilə xaricə çıxarılmasını pul müqabilində təşkil etməyə başlayıb. Elman Quliyev isə ona verilmiş imtiyazlardan öz maraqları naminə  istifadə etdiyini və qazanclarını bu yolla təmin etdiyini açıq şəkildə siyasi sektorda hiss etdirməsi ciddi narahatlıqlara gətirib çıxarıb. Yekunda isə bu, onun təşkilatdan qovulması ilə nəticələnib.

Görünür, Müsavat  Partiyası rəhbərliyi prosesin ardıcıl formada onlara doğru sıçrayacağından ciddi narahatlıq keçirib.  Partiya Gənclər Təşkilatlarının sədrini partiyadan uzaqlaşdırmaqla rahatlaşmaq istəyib. ​Çoxunun dürüst adam, hətta qəhrəman kimi tanıdığı, ən azından elə olduğu topluma sırınan birinin höküməti tənqid etməsi iyrənc görünür və belə şəxslər cəmiyyətdə çoxluq təşkil edir. Əlindəki kiçik imkanlarından maksimum qanunsuzluq, həyasızlıq üçün istifadə edən şəxsin, böyük imkanlara, vəzifələrə sahib olacağı təqdirdə hansı pozuntuları etməsini adam düşünmək istəmir.

KONKRET.az





OXŞAR XƏBƏRLƏR