Sabiq millət vəkili Aslan Abbasov vəfat edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atası rəhmətə gedib.
Azadmediatv.com-un xəbərinə görə, o, Milli Məclisin sabiq deputatı Aslan Abbasovdur. Sabiq millət vəkili 71 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Aslan Məmməd oğlu Abbasov 1950-ci il martın 11-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun kimya texnologiyası fakültəsini bitirib.
1995-ci ildə 32 saylı İkinci Kəpəz seçki dairəsindən deputat seçilib. 2000-ci ilə qədər parlamentin üzvü olub. 2016-cı ildən Azərbaycan Texnologiya Universitetinin prorektoru vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!
Azadmediatv.com