İsrailin 36-ci koalisiya hökuməti  təsdiqlənib

İsrailin 36-ci koalisiya hökuməti təsdiqlənib

 

 İsrail Parlamenti (Knesset) “Yamin” Partiyasının sədri Naftali Bennett və “Yeş Atid” Partiyasının rəhbəri Yair Lapid tərəfindən formalaşdırılan İsrailin 36-ci koalisiya hökumətini təsdiqləyib.

Azadmediatv.com-un xəbərinə görə, , yeni hökumətə 120 deputatdan 60-ı  öz dəstəyini verib.

Belə ki, Knessetin  60 üzvü yeni hökumətin qurulmasına tərəfdar olsa da, 59 deputat buna qarşı çıxıb, bir deputat isə bitərəf qalıb. Nəticədə 36-cı hökumətin yaradılması məsələsi bir səs fərqiylə parlamentdən keçib.

Bununla da İsraildə 12 il ərzində ilk dəfə Benyamin Netanyahunun “Likud” Partiyasının iştirakı olmadan koalisyon hökumət formalaşdırılıb.

Qeyd edək ki, Kenssetin iyunun 13-də keçirilən iclasında 120 deputatın 67-si Miki Levini parlamentin yeni spikeri seçib. Bundan başqa “Yamina” Partiyasının lideri Naftali Bennetin Knessetdə 13-cü baş nazir olaraq andiçmə mərasimi keçirilib.

“Yamin”in sədri Naftali Bennett baş nazir, “Yeş Atid”in rəhbəri Yair Lapid isə alternativ baş nazir olacaq. Təxminən 2 il ərzində əvəzetmə aparılacaq, bundan sonra “Yeş Atid”in rəhbəri Yair Lapid baş nazir, “Yamin”in sədri Naftali Bennett alternativ baş nazir olacaq.

Səkkiiz partiyanın iştirakı ilə koalisiya əsasında qurulan 36-cı İsrail hökumətində Müdafiə Nazirliyinə “Kahol-Lavan"ın sədri Beni Qantz, Xarici İşlər Nazirliyinə ilk iki ildə Lapid, Daxili İşlər Nazirliyinə "Yamina" partiyasından Ayelet Şaked rəhbərlik edəcək.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR