Fazil Mustafa:

Fazil Mustafa: "Hamı bu cinayətin iştirakçısına çevrilməkdədir"

 “Dünən Yeni Yasamalda yanğın baş verdi. Yanğınsöndürənlər yanğın olan binaya gedə bilmədi. Bir ölkənin mədəniyyəti təkcə tikilən binaların fasadları ilə bilinmir, həm də orda olan insanların yaşayış səviyyəsindən ölçülür. Bunların hamısı nəticədə vətəndaşın fəlakəti ilə nəticələnir."

Azadmediatv.com-un xəbərinə görə, bu haqda Milli Məclisin iyunun 22-də  keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili qeyd edib ki, burada söhbət təkcə fərdi cinayətlərdən getmir. Onun sözlərinə görə, hamı bu cinayətin iştirakçısına çevrilməkdədir: "Necə ola bilər ki, sən binaların o vəziyyətdə tikilməsinə icazə verəsən? Ora nə yanğınsöndürən, nə Təcili Tibbi Yardım maşını girə bilməsin. O binalarda yaşayanların təhlükəsizliyini düşünmürlər. Bu gün 100-lərlə vətəndaş evlərindən köçərək kirayədə qalır, amma evlərinə qayıda bilmir. Pilot layihələr tikilib qurtarmır”.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR