Ceyhun Əlibəyov “Azərxalça” ASC-nin İdarə Heyətinə sədr müavini təyin edilib - RƏSMİ

Ceyhun Əlibəyov “Azərxalça” ASC-nin İdarə Heyətinə sədr müavini təyin edilib - RƏSMİ

“Azərxalça” ASC-nin İdarə Heyətinə sədr müavini təyin edilib.

Azadmediatv.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, sözügedən vəzifə Ceyhun Əlibəyova həvalə olunub.

Qeyd edək ki, C.Əlibəyov Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəsmxətt və rəsm müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə qrafik rəssam ixtisası üzrə təhsil alıb, bundan əvvəl həm yerli, həm də beynəlxalq korporasiyalarda 15 il müddətində rəhbər vəzifələrdə çalışıb, “GlaxoSmithKline” (GSK) şirkətində müxtəlif vaxtlarda Azəbaycan və Gürcüstan nümayəndəliklərinin rəhbəri və MDB regionunda biznesin inkişafı üzrə koordinator kimi fəaliyyət göstərib. 

xatırladaq ki, C.Əlibəyovun biznesin inkişafı üzrə strategiyanın yaradılması, layihələrin aparılması və həyata keçirilməsi, maliyyənin idarə edilməsi, satış və marketinq kimi sahələr üzrə böyük təcrübəsi var.

Azadmediatv.com