Taekvondo üzrə Dünya Çempionatı təxirə salınıb

Taekvondo üzrə Dünya Çempionatı təxirə salınıb

2021-ci  ilin oktyabrında keçirilməsi planlaşdırılan Taekvondo üzrə Dünya Çempionatı təxirə salınıb.

Azadmediatv.com-un xəbərinə görə,  məlumatı Rusiya millisinin baş məşqçisi Vadim İvanov TASS-a açıqlamasında verib. O bildirib ki, qərar Ümumdünya Taekvondo Federasiyasının (WTF) Şurasında qəbul edilib. Buna Çinin epidemioloji vəziyyətlə əlaqədar yarışı keçirməkdən imtinası səbəb olub.

Qeyd edək ki, 2022-ci ildə təşkil olunacaq Dünya Çempionatının dəqiq tarixi oktyabrda açıqlanacaq.

Azadmediatv.com