Zəfər əsgəri - TEHRAN MƏNSİMOV
Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Şuşanın azadlığı uğrunda həyata keçirilən döyüşlərin fəal iştirakçısı Tehran Mənsimovun xidməti vəzifəsinin dəyişdirilməsi haqqında mətbuatda informasiyalar verilib.
Azadmediatv.com-un xəbərinə görə, yayılan xəbərlərdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmət edən Tehran Mənsimovun hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə gətirildiyi iddia edilir.
Qeyd edək ki, bu haqda hələki heç bir rəsmi məlumat yoxdur.
Xatırladaq ki, polkovnik Tehran Mənsimov Azərbaycan ictimaiyyəti tərəfindən "Şuşa Fatehi" adı ilə tanınaraq, məşhurlaşıb.
Tehran Cavid oğlu Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olub, 1989-cu ildə orta məktəbi bitirib. 1990-1992-ci illərdə keçmiş sovet ordusu sıralarında qulluq edib. Daha sonra Azərbaycan Milli Ordusunda xidmətə başlayıb. Könüllü olaraq I Qarabağ Müharibəsinə yollanaraq, cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə fəallıq göstərib. Atəşkəs dövründə Ali Hərbi Məktəbi leytenant rütbəsi ilə bitirib.
24 avqust 2011-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub və 26 iyun 2013-cü ildə həmin akademiyanı fərqlənmə ilə bitirib.
Azaərbaycan Ordusunun tərkibində Qarabağ bölgəsində taqım komandirliyindən briqada komandirliyinə kimi yüksələrək, xidmət yolu keçib.
4 iyul 2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmətə başlayıb və Şahbuz rayonundakı hərbi hissənin komandiri olub.
Polkovnik Tehran Mənsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan 44 günlük Vətən Müharibəsində fəal iştirak edib. O, noyabrın 4-dən 8-nə qədər davam edən Şuşa döyüşlərində şəhərə girən ilk zabitlərdən olub. Bu döyüşlərdə rəşadət və qəhrəmanlıq nümayiş etdirib.
Tehran Mənsimov 2005-ci ildə "İgidliyə görə", 2017-ci ildə "Vətən uğrunda" medalları ilə təltif edilib. 15 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
TƏLTİFLƏRİ
— III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı
— III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı
— III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
— II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
— "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
— "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
— "Şuşanın azad olunmasına görə" medalı[
Azadmediatv.com