Akif Çağatay Kılıç:

Akif Çağatay Kılıç: "ABŞ Türkiyənin Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsi barədə çox yaxşı məlumatlandırılıb"

Türkiyə Böyük Millət Məclisinin  nümayəndə heyəti ABŞ-da Amerika-Türkiyə münasibətlərinin vəziyyətini, perspektivlərini, eləcə də Cənubi Qafqaz və Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

Azadmediatv.com Türkiyə mətbuatına istinadən xəbər verir ki,   görüşün detallarıyla bağlı ABŞ-a səfərin gedişatında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri, nümayəndə heyətinin rəhbəri Akif Çağatay Kılıç bildirib.

Belə ki, nümayəndə heyətində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının, həm də ölkənin aparıcı müxalifət strukturlarının nümayəndələri təmsil olunublar. Türkiyə parlamentinin üzvləri Amerika Senatının hər iki partiyasından olan qanunvericiləri, yəhudi lobbisinin nümayəndələri və ABŞ-ın Ticarət Palatasının üzvləri ilə danışıqlar aparıblar.  Danışıqlardan sonra A.C.Kılıc Türkiyənin Vaşinqtondakı səfirliyində mətbuat konfransı keçirib: "Göürşdə Türkiyənin milli maraqları üçün əhəmiyyətli məsələlərdə aparıcı partiyaların vahid cəbhədən çıxış etdiyini qarşı tərəfə nümayiş etdirdik".

Onun sözlərinə görə, ABŞ-da görüşlərin gedişatında, həmçinin Qarabağ mövzusuna toxunulub. "ABŞ Türkiyənin Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsi barədə çox yaxşı məlumatlandırılıb. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi BMT səviyyəsində tanınmış reallıqlardır. Biz yenidən ABŞ nümayəndələrinə Ankaranın bu məsələ üzrə mövqeyini çatdırdıq", - deyə o, Mətbuata açıqlamasında bildirib.

Kılıç həmçinin Vaşinqtonda diqqəti Əfqanıstan mövzusuna və Ankaranın əfqan xalqına dəstəyinə hazırlığına da yönəldib.

O, xatırladıb ki, ABŞ və Türkiyə arasında Həmid Kərzayi adına Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təmin olunması məsələsi üzrə texniki danışıqlar davam edir.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR