"Naxçıvan toyları haqqında yayılan xəbərlər əsassızdır və gəvəzəlikdir" - RƏSMİ
"İnternet resurslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə həqiqətə uyğun olmayan məlumat yayılıb".
Azadmediatv.com-un xəbərinə görə, bu haqda Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyindən bildirilib. nümayəndəliyin Naxçıvan MR-də pandamiya dövründə keçirilməsinə icazə verilən toy və el şənlikləri haqqında yayılan xəbərlər əsassızdır və gəvəzəlikdir: "Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq, 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcəkdir".
Azadmediatv.com