Əbülfət Rzayev ali xüsusi rütbə alıb - RƏSMİ

 Əbülfət Rzayev ali xüsusi rütbə alıb - RƏSMİ

Prezident İlham Əliyevin sərəncamı ilə ali xüsusi rütbə alan zabitlər alasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevin də adı  var.

Azadmediatv.com-un xəbərinə görə,  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabiti – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə  sərəncamla polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Qeyd edək ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun 2020-ci ilin iyul ayında imzaladığı əmrə əsasən, Ə.Rzayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin edilib.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR