İcraçı direktor:

İcraçı direktor: "Qaydalara əməl etməyən media subyektlərinin maliyyəsi dayandırıla bilər"

“Müsabiqələrin qayadalarını hazırlayarkən onlayn media subyektlərinin yaydığı informasiyaların statistikası həyata keçirilib. 39 media subyekti qalib olub. Onların hər birində özəl xəbərlər yayılmaqdadır”.

Azadmediatv.com-un xəbərinə görə,  Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov keçirdiyi mətbuat konfransında  belə deyib.

Onun sözlərinə görə, müsabiqə qalibləri ilə görüşlər keçiriləcək və müqavilə bağlanılacaq: “Qaydalara əməl etməyən media subyektlərinin maliyyəsi dayandırıla bilər. Bu layihələr adından göründüyü kimi dəstək layihələridir. Bu dəstəyin məqsədi çatışmayan maliyyə resursunu qarşılamaqdır”.

İcraşı direktor layihə haqqında sosial şəbəkələrdə aparılan qərəzli müzakirələrə də münasibət bildirib: “Mediaya dəstək layihələrinin "dövlət vəsaitindən lazımsız istifadədir" kimi  səsləndirilən fikirlər tamamilə əsassızdır. Mediada səsləndirilən fikirlər bizə bildirilənlərlə tamamilə ziddir. Bizə olan müraciətlərin hamısında belə bir dəstəyə ehtiyacın olduğu qeyd edilib. Onu da bildirib ki, MEDİA-nın Nizamnaməsində bizim işimizin təkcə maliyyə dəstəyi göstərmək olduğu qeyd edilməyib. Bizim əsas vəzifələrimizdən biri də  peşəkar jurnalistikanın formalaşdırlması üçün tədbirlərin həyata keçirilməsidir”.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR