Vəsiqənin alınması üçün tələblər müəyyən olunacaq - MEDİA -nın rəhbəri

Vəsiqənin alınması üçün tələblər müəyyən olunacaq - MEDİA -nın rəhbəri

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanına uyğun olaraq hazırlanan “Media haqqında” yeni qanun layihəsində jurnalistlərə jurnalist vəsiqəsinin verilməsi müddəası nəzərdə tutulub”.

Azadmediatv.com-un xəbərinə görə, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov  vahid vəsiqələrin verilməsinə münnasibət bildirərkən belə  deyib. Onun sözlərinə görə, bu müddəalar könüllü xarakter daşıyır: “Jurnalistlər tərəfindən vəsiqənin alınması könüllü olacaq. Həmçinin, həmin vəsiqənin alınması üçün tələblər müəyyən olunacaq. Həmin tələblərə cavab verən jurnalistlərə isə MEDİA tərəfindən vəsiqələr veriləcək”.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR