Jurnalistlər üçün tikilən bina hələ MEDİA-ya təhvil verilməyib - RƏSMİ

Jurnalistlər üçün tikilən bina hələ MEDİA-ya təhvil verilməyib - RƏSMİ

“Jurnalistlər üçün tikilən sonuncu bina hələ podratçı şirkət tərəfindən təhvil verilməyib”.

Azadmediatv.com-un zəbərinə görə, bu haqda  Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bu gün keçirdiyi mətbuat konfransında  “Jurnalisatlər binası” ilə bağlı sualları cavablandırarkən belə deyib. Onun sözlərinə görə,  jurnalistlər üçün tikilən bina hələki MEDİA-ya təhvil verilməyib. 

Ə.İsmayılov   sözügedən binada hələ görüləcək işlərin olduğunu qeyd edib: “Binanın nə zaman təhvil veriləcəyi ilə bağlı məlumat yoxdur. Eyni zamanda, jurnalistlərə verilməsi barədə də hər hansı qərar yoxdur. Qərar olduğu təqdirdə bu haqda ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, jurnalistlər üçün tikilən 3-ci binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbəli, 255 mənzillidir.

Xatırladaq ki,  KİV nümayəndələri üçün  Bakının Bibiheybət yaşayış sahəsindəki 156 mənzildən ibarət ilk binası 2013-cü ildə, 256 mənzildən ibarət ikinci bina isə 2017-ci ilin iyulunda istifadəyə verilib.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR