Rövşən Əkbərovun barəsində olan cinayət işi  icraata verilib

Rövşən Əkbərovun barəsində olan cinayət işi  icraata verilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılaraq, icraata verilib.

Azadmediatv.com-un xəbərinə görə, generalın cinayət işi Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun icraatına verilib.
Belə ki, məhkəmənin hazırlıq iclasının yaxın günlərdə keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, aparılan  istintaq hərəkətiylə Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanında yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranan cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR