Ermənistan günahsız uşaqların ölümünə səbəb olub - SƏBİNƏ ƏLİYEVA

Ermənistan günahsız uşaqların ölümünə səbəb olub - SƏBİNƏ ƏLİYEVA

"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən 4 il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək, atəşkəs dövründə və II Qarabağ Müharibəsində günahsız uşaqların ölümünə səbəb olub".

Azadmediatv.com-un  xəbərinə görə, bu haqda Azərbaycan  Respublikasının Ombudsmanının  Səbinə Əliyeva körpə Zəhranın qətlə yetirilməsinin növbəti ildönümü ilə bağlı dünya ictimaiyyətinə çağırışında  belə deyib.

"Belə ki, döyüş bölgəsindən uzaqda yerləşən mülki yaşayış obyektlərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 12 uşaq həlak olub, 50 uşaq yaralanıb, 4 uşaq hər iki valideynini, bir çox uşaq isə valideynlərindən birini itirib", - deyə çağırışda qeyd edilir.

Ombudsman Səbinə Əliyeva belə halların beynəlxalq təşkilatlar tərəfindən qətiyyətlə pislənilməli və cinayət törətmiş şəxslərə qarşı konkret hüquqi ölçü götürülməli olduğunu dəfələrlə insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətinə çatdırıb.

Qeyd edək ki, atəşkəs dövründə Ermənistan silahlı birləşmələri təmas xəttinə yaxın ərazilərdə yaşayan əhaliyə  mütəmadi olaraq, iri çaplı silahlardan atəş açıb, onların həyatına son qoyub.

Xatırladaq ki, 2017-ci il iyulun 4-ü saat  20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR