Vüsalə Rafiqqızı:

Vüsalə Rafiqqızı: "Baş verən hadisə ilə bağlı dövlət qurumları tərəfindən araşdırmalara başlanılıb"

"Xəzər dənizindəki partlayışla bağlı ilkin ehtimal palçıq vulkanının püskürməsidir".

Azadmediatv.com-un xəbərinə görə, Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı Xəzər dənizində baş verən müəmmalı partlayışa aydınlıq gətirərkən belə deyib.

V.Rafiqqızı qeyd edib ki, hadisəylə  bağlı RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin artıq mətbuata açıqlama verib. Onun sözlərinə görə,  baş verən hadisə ilə bağlı dövlət qurumları tərəfindən araşdırmalara başlanılıb və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, daha əvvəl Q.Yetirmişli açıqlamasında Xəzər dənizində çoxlu sayda palçıq vulkanlarının mövcudluğunu deyib. Onun sözlərinə görə, Xəzər dənizində partlayışın alovla çıxması onu göstərir ki, bu, palçıq vulkanının püskürməsidir.

Azadmediatv.com

 




OXŞAR XƏBƏRLƏR