Dadlı incəltmə

Dadlı incəltmə

Artıq çəkidən xilas olmaq istəyənlər  badama diqqət yetirməlidirlər.   

Azadmediatv.com-un xəbərinə görə,  araşdırmalar nəticəsində məlum olub ki,  cəmi bir ovuc badam bütün günü iştahanı boğa bilir. Badam aşağı qlikemik indeksə malikdir. Bu indeks həmin məhsuldan istifadə olunduqda qanda şəkərin miqdarının sürətlə artmasının göstəricisidir. Badam şəkərin və insulinin stabil və yavaş artımını təmin edir ki, bu da insanda uzunmüddətli doymaq hissinə zəmanət verir. Deməli, badam insanı həddindən artiq qidalanmadan xilas edə bilər. Alimlərin sözlərinə görə, badam, xüsusilə, şəkərli diabetdən əziyyət çəkənlər üçün faydalıdır. ABŞ-in Perdu Universitetinin professoru Riçard Meytsin apardığı təcrübə sübut edib ki, səhərlər badam yeyən adamlar daha çox tox qalır, onların qanında şəkərin miqdari səhər yeməyi və naharda aşağı qlikemik indeksə malik məhsullardan istifadə edənlərə nisbətən az olur.

Yeri gəlmişkən, alimlər qeyd edirlər ki, bu, kalorini hesablamağı unutmaq demək deyil. Həqiqətən də, badam orqanizmi aldatmağa kömək edəcək və nəticədə insan orqanizmi doymaq üçün daha kiçik həcmdə qida tələb edəcək.

Gülnaz Qənbərli

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR