"Metropolitenin bütün xətlərində qatarların hərəkəti cədvələ uyğun olaraq tam təmin olunub - BƏXTİYAR MƏMMƏDOV

"Bakı Metropoliteni"nin   “Həzi Aslanov” – “Dərnəgül” xəttində  "28 may" və "Nizami" stansiyalarında qatarların hərəkətində problem yaranıb.

 Azadmediatv.com-un xəbərinə görə, stansiyaların arasındakı tunellərdə qatarlar qalmasına  səbəb həmin xətdə gərginliyin itməsi olub. Nəticədə "Cəfər Cabbarlı" və “Şah İsmayıl Xətai” stansiyaları arasında da qatarların hərəkətindı çətinləşmə yaranıb  bir qatar tuneldə qalıb.

"Bakı Metropoliteni" QSC-nin  mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Bəxtiyar Məmmədov yaranmış gərginliklə bağlı açıqlamasında bildirib ki, problemlə bağlı hazırda araşdırma aparılır.

O bildirib ki, "Nizami-İnşaatçılar" sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur. Hazırda "Metropolitenin bütün xətlərində qatarların hərəkəti cədvələ uyğun olaraq tam təmin olunub.

 Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR