Türkiyədən Azərbaycana təşəkkür: "İyi ki, varsınız"
Marmaris bələdiyyəsi Azərbaycana təşəkkür edib.
Azadmediatv.com-un xəbərinə görə, bu haqda qurumun tvitter hesabında yazılıb:
“Can Azərbaycan “Bir millət, iki dövlət” deyiminin sözdən ibarət olmadığını bir daha sübut elədi. Azərbaycanlı əsgərlər yağınsöndürmə işlərinə dəstək olmaq üçün Marmarisə gəlib. Yaxşı ki, varsınız, dəstəyiniz üçün təşəkkür edirik”.