Atamoğlan Məmişov:

Atamoğlan Məmişov: "İstintaqın tərəf tutaraq aparılması məni qatilə çevirə bilər"

"Azyaşlı nəvəm 14 yaşlı Nihad Məmişovu vəhşicəsinə döyərək  qətlə yetirən dəstənin üzvlərini Ağsu rayonu hüquq-mühafizə orqanları həbs etmək əvəzinə sərbəst buraxıb. Baş prökuror Kamran Əliyevdən xahiş edirəm, ədalətli  baxılması üçün  cinayət işi Ağsudan alınıb, Bakıya və ya ətraf rayonıardan birinə verilsin".

Bu haqda Azadmediatv.com-a müraciət edən Ağsu rayon sakini Atamoğlan Məmişov bildirib ki, 14 yaşlı nəvəsi Nihad Məmişovu qətlə yetirilənlərdən ikisi cinayət məsuliyyətinə cəlb edilmək əvəzinə hazırda hərbi-xidmətə göndəriliblər. Onun sözlərinə görə, ictimaiyyət üçün təhlükəli sayılan bu şəxslərin orduya aparılması,  onların cəzadan yayınması deməkdir: "Kim qarant verir ki, bu cinayətkarlar hərbi hissələrdə də əsgər və zabitlərimizə qarşı eyni hərəkəti etməyəcəklər."

Qeyd edək ki, iyunun 15-də Ağsu rayonunda döyülən və 5 gün sonra xəstəxanada vəfat edən 14 yaşlı Nihad Məmişovun ölümü ilə bağlı bir nəfər tutulsa da, onu 6 nəfərin döyərək öldürdüyü iddia olunur.

Mərhum N. Məmişovun babası Atamoğlan Məmişov  edərək bildirib ki, nəvəsini rayon sakinləri olan K. Anar, M. Məhəmməd, K. Ülvi, F. Səyyad, M. Cabir və A. Yunis qəbiristanlığa şağıraraq, amansızlıqla döyüblər:

“Həmin şəxslər rayonda kriminal aləmin üzvləri kimi yetkinlik yaşına çatmayanlardan və gənclərdən “haqq” tələb edirlər. Nəvəmdən də onlara pul verməsini tələb ediblər, lakin Nihad razılaşmayıb. Buna görə də, başqaıarına görk olsun deyə, onu aparıb ölənədək döyüblər.Onlardan bir neçəsi Nihadın qollarını tutublar,  bu  qollarındakl dırnaq izlərindən aydın görünürdü. Daha sonra beşbarmaqla başından vurublar. Hadisənin şahidləri, keçmiş polis əməkdaşı Eyvaz və rayon sakini Türkan adlı şəxs də cinayəti törədənlərin 6 nəfər olduğunu deyiblər. Lakin buna baxmayaraq, polis və prokurorluğun istintaq  əməkdaşları şahidlərə təzyiq göstərərk ifadələrini dəyişdirmələrinii tələb ediblər”.

N.Məmişovun babası qeyd edib ki, mərhumu döyərək öldürən şəxslər ondan yaşca çox böyükdürlər: “İlk olaraq Cabir adıə şəxs ona zəng edib deyib ki, gəl, səninlə danışmalıyıq. Nihad da evdə heç kimə heç nə demədən onların çağırdığı yerə gedib. Hadisədən əvvəl həmin qəbiristanlığın yanında yaşayan keçmiş polis əməkdaşı Eyvaz Nihadı və Cabiri saat 19:00 radələrində bir yerdə görüb. Eyvazın dediyinə görə, uşaqların arxasınca 3 nəfər də gedirmiş. İstintaq zamanı polis idarəsinin müstəntiqi İlqar Əhədov hadisənin şahidi olan Türkan adlı xanıma qışqıraraq,  “Sən onlarla üzləşə bilərsənmi, yaxşı fikirləş” -, deyiərək şahidi hədələyib. Hadisə şahidlərini hətta Bakıya prokurorluğa  gətirdim. Hamısı da ifadəsində bildirib ki, həmin dəstə Nihadı döyərək öldürüb.

A.Məmişovun sözlərinə görə, nəvəsinə qarşı cinayət törədən dəstə üzvləri mürəmadi olaraq, rayonda digər uşaqları da  hədələyərək, onlardan pul alıblar:

"Rayonda bu dəstə tərəfindəm döyülən şəxs təkcə mənim nəvəm deyil. Ondan əvvəl də neçə azyaşlıya hədə-qorxu gəliblər. Nəvəmin başından beşbarmaqla o qədər zərbə endiriblər ki, beyninə qansızma baş veribverib, meyitin baş hissəsi qapqara idi. Bunu  Bakıda Neyro Cərrahiyyə Xəstəxanasının Şamil və Arif adlı həkimləri də təsdiqləyiblər”.

A.Məmişov bildirib ki,  istintaq düzgün aparılmadığından N.Məmişovun ölümündə əli olan digər şəxslər məsuliyyətdən kənarda saxlanılır: “Nihad idmançıydı, boyu  182 sm odo. Saxlanılan  Cabir Müseyibovun boyu isə  130 sm-dir., özü də xəstə uşaqdır. O necə təkbaşına həm Nihadın qollarını tutub, həm də başından zərbələr endirə bilərdi? Bu qeyri-mümkündür. İstintaqın tərəf tutaraq aparılması məni qatilə çevirə bilər.”

Xatırladaq ki,  mərhumun atası Vüqar Məmişov Ağsu Rayon Polis Şöbəsinin əməkdaşıdır.

 

Hadisədən sonra saxlanılan şəxslər Ağsu RPŞ-nin həyətində

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR