Polisi döyən millət vəkili həbs edilib

Polisi döyən millət vəkili həbs edilib

Bu gün toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimov saxlanılaraq, haqqında həbs-qətiimkan tədbiri seçilib

Azadmediatv.com-un xəbərinə görə, bir neçə gün əvvəl polisi döydüyü iddia edilən keçmiş millət vəkili Eldəniz Səlimov törətdiyi əmələ görə Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən saxlanılıb. Bir neçə dəqiqə əvvəl isə sabiq deputatın haqqında  Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, avqustun 3-də Milli Məclisinin deputatı törətdiyi hadisəyə görə, Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib. 

 Xatırladaq ki, bu barədə parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.

Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR