Ankarada “Hərbi jurnalistika” təlim proqramına start verilib

Ankarada “Hərbi jurnalistika” təlim proqramına start verilib

Avqustun 9-da Ankarada “Hərbi jurnalistika” təlim proqramına start verilib. Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyinin (MEDİA), Anadolu Agentliyinin, Türkiyə Polis Akademiyasının və Türk Əməkdaşlıq, Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə keçirilən təlimlərə Azərbaycandan 24 nəfər jurnalist qatılıb.

Azadmediatv.com "MEDİA"-a istinadən xəbər verir ki,  11 gün davam edəcək təlimlərdə iştirakçılara jurnalistika, şəxsi təhlükəsizlik, müharibə hüququ, ilk yardım, müharibə zamanı davranış qaydaları, suda həyatda qalma, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət və digər mövzularda məlumat veriləcək. Təxminən 60 faizi praktiki hissədən ibarət olacaq dərslərdə jurnalistlərə böhran, təbii fəlakət və müharibə bölgələrində fəaliyyət göstərən media nümayəndələrinin qarşılaşa biləcəyi çətinliklər və təhdidlərin dəf olunması mövzularında da təlimlər keçiriləcək. Bununla yanaşı, media nümayəndələri riskli bölgələrdə təşkil olunacaq təlimlərdə iştirak edəcəklər.

Azadmediatv.com