Eldar Həsənovun vəziyyəti kritikdir

Eldar Həsənovun vəziyyəti kritikdir

"8 avqust 2021-ci il tarixində səhər saatlarında Eldar Həsənov saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında növbəti başgicələnmə nəticəsində huşunu itirmiş və üzü üstə yerə yıxılmışdır. Bunun nəticəsində bədənində təhlükəli olmayan zədələr yaranmış, xoşbəxtlikdən başından hər hansı zədə almamışdır. Tibbi yardım göstərilsə də başgicələnmələr 15-20 dəqiqə ərzində dayanmamışdır və həkimlər bunun həyəcan verici siqnal olduğunu bildirmişlər".

Azadmediatv.com-un xəbərinə görə, bu haqda sabiq Baş prokuror və səfir Eldar Həsənovun vəkili Cavad Cavadov sosial şəbəkədəki səhifəsində "Son durum" başlığıyla etdiyi paylaşımda belə yazıb.

"Həmin gün saat 11:30 radələrində mənimlə və müstəntiqlə görüşə Eldar Həsənovu artıq əlil arabasında gətirilmişdir. Özünün bildirdiyinə görə, həkimlər onun bu vəziyyətdə artıq sərbəst (hətta çəliklə belə) hərəkət etməyi israrla qadağan edirlər. Bax, beləcə vaxtında tibbi yardım göstərilməməsinə görə, insanın bu duruma salınmasının şahidi olduq. sBaş Prokuror Kamran Əliyevə Eldar Həsənovun müalicəsinin ixtisaslaşmış xəstəxanada və həbsiz davam etdirilməsi üçün yeni vəsatət ünvanladıq.

Çox ümid edirəm ki, heç olmasa bu müraciətə müsbət yanaşılacaq və növbəti dəfə “Eldar Həsənovu artıq itirdik” statusunu yazmalı olmayacam......

Heç bir şişirtmə olmadan bildirirəm ki, hər şey ona doğru gedir."




OXŞAR XƏBƏRLƏR