İlkin Süleymanovun məhkəmə prosesi gərgin keçib

İlkin Süleymanovun məhkəmə prosesi gərgin keçib

İlkin Süleymanovun məhkəmə prosesi gərgin keçib
Avqustun 11-də Gəncə Ağır Cinayətlər Məhkəməsində, Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində  xüsusi amansızlıqla qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Azadmediatv.com-un xəbərinə görə, proses Nərmin Quliyevanın atası Şərif Quliyev və anası Aynurə İsmayılovanın ifadəsiylə davam edib.

Şərif Quliyev ötən prosesdə verdiyi ziddiyyətli ifdələrlə bağlı hakim, dövlət ittihamçısı və müdafiə tərəfinin suallarını cavablandırsa da, verdiyi ifadənin həqiqiliyini sübuta yetirə bilməyib.

A. İsmayıova  isə  ifadəsində hadisə baş verməzdən əvvəl İlkin Süleymanov  və ailəsiylə aralarında heç bir şəxsi qərəz və ədavətin olmadığını deyib. Şahdin İfadələrində yol verdiyi  təzadlar  prosesdə gərginlik yaradıb. Onun müdafiə tərəfinin suallarına sualla cavab verməsi isə Hakim Dadaş İmanovun haqlı narazılığına səbəb olub. Hakim şahidə bir neçə dəfə xəbərdarlıq etsə də, A.İsmayılova emosialarına hakim ola bilməyib. 

Daha sonra, Aynurə İsmayılova  dövlət ittihamşısı Müşviq Rəhimovun və hakimin suallarını cavablandırıb. Bu zaman  Hakim Dadaş İmanov onun müdafiə tərəfinə qarşı  emosional davrandığı əsas gətirirərək,  öncə fasilə elan olunub, daha sonra isə  bu cür davranışlar dahada kritikləşdiyindən proses təxirə salınıb.

 Gərgin keçən məhkəmə prosesini izləyənlər arasında   Ombudsmanın xüsusi nümayəndəsi  Səbuhi Abbasov, hüquq müdafiəçiləri Rüfət Səfərov, Zəfər Əhmədli və KİV nümayəndələri də olub.

Məhkəmə istintaqı sentyabrın 8-i saat 16:00-dək təxirə salınıb. 

Qeyd edək ki, 2019-cu il noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki,  İlkin Süleyymanov ittiham üzrə özünü qətiyyən təqsirli bilmədiyini deyib.

Azadmediatv.com

Bakı-Gəncə-Bakı




OXŞAR XƏBƏRLƏR