Adil Əliyev ölkə vətəndaşlarına və Kütləvi İnformasiya Vasitələrinə sosial şəbəkə üzərindən  müraciət ünvanlayıb

Adil Əliyev ölkə vətəndaşlarına və Kütləvi İnformasiya Vasitələrinə sosial şəbəkə üzərindən  müraciət ünvanlayıb

Parlamentin Vitse-spikeri, millət vəkili Adil Əliyev ölkə vətəndaşlarına və Kütləvi İnformasiya Vasitələrinə sosiaə şəbəkə üzərindən  müraciət ünvanlayıb.

Azadmediatv.com müraciəti olduğu kimi təqdim edir.

"Əziz dostlar, dünən məlumatım olmadan Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində baş vermiş hadisə ilə əlaqədar bildirmək istəyirəm ki, baş verən hadisələrdə əsassız və qərəzli şəkildə adımın çəkilməsi böyük təəssüf hissi doğurur. Bu ilin aprel ayının 24-də anoloji hadisə baş vermiş və şəxsən özüm qeyd olunan ünvana gedərək onlarla görüşmüşəm. Qeyd olunan görüş zamanı yerli sakinlərlə yanaşı, KİV nümayəndələri də iştirak etmişdir. https://www.facebook.com/.../pcb.../971898670216156

Görüş zamanı məlum olmuşdur ki, ərazidə aparılması nəzərdə tutulan tikinti işi ilə əlaqədar həmin binada yaşayan iki sakin S.Həsənova və G.Məmmədova razılaşmırlar, tikinti şirkətinin daha yüksək məbləğ ödəməsini tələb edirlər. Səyyar qəbul zamanı bu məsələ barədə həmin vaxta qədər ünvanıma heç bir müraciət etmədikləri də bizə məlum olmuşdur. https://www.facebook.com/752086954907535/videos/752929435614800

Həmçinin, G.Məmmədovanın əri Alim Məmmədov və övladları adımın əsassız olaraq çəkildiyini və özümün də bura gələrək qeyd olunan məsələylə bağlı açıqlama verdiyimi KİV-ə verdiyi müsahibəsində bir daha əksini tapmışdır.

https://www.facebook.com/752086954907535/videos/505257527503975

Daha sonra hər iki şəxs ərizəylə müraciət etmiş və müraciətlər tərəfimdən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq, ərizəçilərə məlumat verilməklə 28.04.2021-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmiş və qaldırılmış problemlərin həlli istiqamətində köməklik göstərilməsi xahiş etmişəm. Eləcə də, əsassız olaraq adımızın hallanması, habelə nüfuzumuza xələl gətirilməsi, vətəndaşlarla tikinti şirkəti arasında yaşanan insidentlə bağlı aidiyyatı üzrə eyni tarixli məktubla Daxili İşlər Nazirliyinə müraciət etmişik. Dəfələrlə köməkçilərim vasitəsilə hər iki şəxsə qanunun tələbləri izah edilmiş, baş vermiş istənilən qanunsuzluqla bağlı hüquq mühafizə orqanlarına müraciət etmək, eləcə də məhkəmədə iddia qaldırmaq hüquqlarının olması, mübahisənin hüquqi müstəvidə həllinə köməklik göstərilməsi ilə bağlı addımlar atılmışdır.

Lakin, G.Məmmədovanın ailə üzvlərinin dediyi kimi hər hansı bir sahibkarı onlara daha artıq pul verməyə sövq etmək təəssüf ki, səlahiyyətlərimiz xaricindədir. Qeyd olunan məktubların, sənədlərin, eləcə də videomaterialların surətiylə tanış ola bilərsiniz".

Azadmediatv.com

Нет описания фото.

 





OXŞAR XƏBƏRLƏR