Naxçıvan MR istiqamətində mövqelərimiz atəşə tutulub

Naxçıvan MR istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 17-sində saat 17:45-dən 20:33-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, iri çaplı pulemyot və atıcı silahlardan atəşə tutub.

Azadmediatv.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qarşı tərəfcavab atəşilə susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR