Bu gün Azərbaycan Respublikasının Sərhəd Mühafizəsinin yaranmması günüdür

Bu gün Azərbaycan Respublikasının Sərhəd Mühafizəsinin yaranmması günüdür

Avqustun 18-də Azərbaycan Respublikasının Sərhəd Mühafizəsinin yaranmması günüdür.

Azadmediatrv.com-un xəbəribnə görə,  102 il bundan əvvəl  - 1919-cu ildə  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra  milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.

Milli üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci ilin avqust ayının 22-də Naxçıvan MR Sərhəd Dəstəsində qaldırılmasından, şimal və şimal-qərb sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin yaradılmasına qədər bütün proseslər göstərdi ki,   Azərbaycanın öz sərhədlərini müstəqil qorumağa qadir olması hamıya sübut edilib, dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının yaradılması, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza yaradılmıb.

Azərbaycan Respublikasının III Prezidenti Heydər Əliyevin 1996-cı il dekabrın 17-də Sərhəd Qoşunlarının 5 illiyinə həsr olunmuş iclasda, 2001-ci ilin avqust ayının 16-da  isə Sərhəd Qoşunlarının yaradılmasının 82-ci ildönümünə həsr olunmuş mərasimdə iştirakı, 2002-ci ilin mart ayının 6-da Sərhəd Qoşunlarının illik hesabatını qəbul etməsi, sərhəd mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün verdiyi göstərişlər milli sərhəd mühafizəsinə qayğının nümunəsi olub.  2001-ci ildə Sərhəd Qoşunlarının xidməti hesabatını qəbul edərkən H.Əliyev  sərhədçilər qarşısına beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotiklərin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə aparılması, dənizdə neft-qaz hasilatı infrastrukturunun mühafizəsi kimi mühüm vəzifələr qoyub.

2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

2007-ci il iyunun 12-də Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. 2008-ci il sentyabrın 14-də Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başlanılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi
general-polkovnik Elçin Quliyevdir. Azərbaycan Respublikasının Prezidentinin 27 mart 2001-ci il tarixli 450 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli təhlükəsizlik nazirini müavini – Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir.

O, Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2002-ci il tarixli 743 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı təyin edilib. 

Azərbaycan Respublikasının Prezidentinin 5 iyun 2017-ci il tarixli 2960 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib.

Azadmediatv.com
 




OXŞAR XƏBƏRLƏR