"Elşad Abdullayev mənə dedi ki, gedərsən Ləman Əliəşrəfqızının yanına..." - ƏFLAN İBRAHİMOV

Avqustun 18-də Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə sabiq millət vəkili Gülər Əhmədovanın Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimova qarşı xüsusi ittiham qaydasında iddiasına baxılıb.
Azadmediatv.com-un xəbərinə görə,  Hakim Ş.Nəcəfova tərəflərə hüquqlarını bəyan edib. Prosesdə məlum olub ki,  Əflan İbrahimov dövlət tərəfindən ayrılan vəkili qəbul etsə də, o üzürlü səbəblərdən məhkəmədə iştirak edə bilmir. 


 Proses sentyabrın 17-dək   təxirə salınıb.


Qeyd edək ki, Əflan İbrahimovun Azadmediatv.com-a verdiyi açıqlamaya görə, sabiq millət vəkili G.Əhmədova onu sosial şəbəkə üzərindən yayımlanan  "LAF" TV-dəki çıxışına görə, məhkəməyə verib. Onun sözlərinə görə, Gülər Əhmədova haqqında sözügedən kanalda  iftiradolu  çıxışını hazırda  Fransada mühacir həyatı yaşayan, ABU-nun qalmaqallı sabiq rektoru Elşad Abdullayevin sifarişi ilə edib: "Elşad Abdullayev mənə dedi ki, gedərsən Ləman Əliəşrəfqızının yanına. O sənə çıxış üçün efir verəcək. Bəli, etiraf edirəm ki, E.Abdullayevin diqtəsiylə efirdə demişəm ki, Gülər Əhmədova Ramiz Mehdiyevin adamıdır, onun həyat yoldaşının əmr  və göstərişlərini yerinə yetirir. Guya Hafiz Hacıyevə 150 minə maşın alıb və s. Mən bütün bu iftiralar üçün Gülər Əhmədovadan üzr istəyirəm. Çıxış edən zaman anlaqlı vəziyyətdə olmamışam",- deyə o, bildirib.


Azadmediatv.com.





OXŞAR XƏBƏRLƏR