Əli Həsənov, Şamxal Həsənli və Gülər Vəliyevanın  cinayət işinə cəlb olunması ilə bağlı vəsatət verilib

Əli Həsənov, Şamxal Həsənli və Gülər Vəliyevanın cinayət işinə cəlb olunması ilə bağlı vəsatət verilib

Avqustun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə ləğv edilmiş KİVDFnin  sabiq icraçı direktoru Vüqar Səfərli, rləcə də Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Azadmediatv.com-un xəbərinə görə,  prosesdə dövlər ittihamçısı ittiham aktını elan edib.

Belə ki, ittiham aktına əsasən, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli, həmçinin  müvafiq vəzifələr daşımış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, ümumilikdə dövlətə məxsus 18 milyon 500 min manat pul  mənimsəyiblər..

İttiham aktına görə, V.Səfərli baş mühasibi Təhminə Yaqubova ilə cinayətkar əlaqəyə girərək, Azərbaycan mətbuat nümayəndələrini  sosial rifahının  gücləndirilməsi məqsədi ilə 2013-2017-ci illərdə Səbail rayonunda inşa edilən ilk  2 binanın tikintisi üçün Prezidentin ehtiyat fondundan ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin etməyib.

Bu da törədilən saxtakarlıqlar nəticəsində cinayət yolu ilə əldə edilən 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr yaradıb.

Dövlət ittihamşısı Vüqar Səfərli və digərlərinin AR CM-in 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə mühakimə olunmasını tələb edib. 

Müdafiə tərəfi isə öz növbəsində  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Daha sonra prokuror ittiham aktını elan edib..

Məhkəmə vəsatəti qeydə alsa da, baxılmamış saxlayıb. Dövlət ittihamçısı təklif edib ki, məhkəmə istintaqı təqsirləndirilən şəxslərin dindirilməsi ilə başlasın. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini və ifadə vermək üçün hələ hazır olmadıqlarını  bəyan ediblər.

Prosesi sentyabrın 3-də öz içini davam etdirəcək. 

Qeyd edək ki,  cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.

O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR