Tərtərin Seydimli kənd sakinləri Müstəqim Məmmədova qarşı xəbərdarlıq aksiyası keçırıblər
Avqustun 20-də 44 günlük II Qarabağ Müharibəsində zərərçəkmiş Tərtər rayonunun Seydimli kənd sakinləri icra başçısı Müstəqim Məmmədova qarşı xəbərdarlıq aksiyası keçırıblər.
Azadmediatv.com-a kənd sakinlərinin verdiyi xəbərə görə, buna səbəb döyüş əməliyyatları gedən ərazilərlə həmsərhəd olan bu kəndin Talış, Suqovuşanla üzbəüz mövqelərdə yerləşməsinə görə, Prezident İlham Əliyevin atəş altında yaşayan əhalinin bu bölgələrdən çıxarılması və onlara dəyən zərərin müqabilində hər bir ailəyə 1000 AZN yardım edilməsi barədə verdiyi qərarın yerli icra orqanlarının yerinə yetirməməsidir.
Kənd sakinlərinin sözlərinə görə, həmin qərara əsasən Tərtər şəhəri, həmçinin Qapanlı, Borsunlu, Seydimli, Əskipara və digər kəndlər bu yardımın əhatə dairəsinə daxil olunub:
"Buna baxmayaraq, Seyidimli kənd sakinləri bu yardımdan xəbərsiz qalıblar. Məlum qərarla bağlı müvafiq sənəd hazırlansa da, lakin kənd İcra nümayəndəsinin və onun müavininin soyadını daşıyan qohum-əqrabasından başqa zərərçəkmiş kənd əhalisindən heç kimin adı bu siyahıya əlavə edilməyib. Əhalinin qəzəblənməsinə və etiraz aksiyası keçirməsinə də, məhz bu haqsızlıq səbəb olub".
Kənd sakinlərinin sözlərinə görə, kənd əhalisinin bu siyahıdan kənarda qalmasının səbəbi Tərtər rayonu icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla sürücüsünün həyat yoldaşı, Seyidimli kəndinin icra numayəndəsi Nərmin Vəliyevanın "iş ortaqlıgıdir". Kənd sakinləri bəyan ediblər ki, "qanunsuzluq" və "qudurğanlıq" təcili olaraq ortadan qaldırılmasa, narazı kənd sakinlləri Prezident Adminstrasiyasının qarşısında səslərini və rayonda baş verən korrupsiya və rüşvətxorluq hallarıyla bağlı haqq səslərini ölkə başçısının diqqətinə çatdırmaq üçün etiraz aksiyası keçirəcəklər. Onlar bildiriblər ki, bu halı yerli icta orqanlarının dövlət başçısına qarşı köklü narazılıq yaratmaq siyasəti kimi qəbul edir, dövlət başçısından bu haqlı narazılığa dərhal müdaxilə etməsini xahis edirlər.
Qeyd edək ki, aksiya polis müdaxiləsi nəticəsində ümumi anlaşma ilə müvəqqəti olaraq dayandırılıb.
Yaranmış narazılıqlarla bağlı kənd çamaatının müraciətinə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun cavabı belə olub: "Gedin bildiyinizi edin". Tərtərdə mənim iradəm qanundur".
Mövzunu diqqətdə saxlayacayıq.
Azadmediatv.com