İlyaz Həsənovun  hüquqularını Şəki  Apellyasiya Məhkəməsinin hakimi Vəzirxan Məlikovun kobudcasına pozmasıyla  bağlı şikayətinə baxılıb

İlyaz Həsənovun hüquqularını Şəki  Apellyasiya Məhkəməsinin hakimi Vəzirxan Məlikovun kobudcasına pozmasıyla  bağlı şikayətinə baxılıb

Azərbaycan Milliyətçi Hərakat (Bozqurd) Partiyasının və Azərbaycan Xalq Hərakatının  (AXH) Şəki rayon təşkilatının sədri, I Qarabağ Müharibəsi veteranı və  qazisi İlyaz Həsənov  pozulmuş hüquqları bərpa  edilmədiyinə görə avqustun  14-dən etibarən başladığı müddətsiz aclıq aksiyasını dayandırıb. 

Bu haqda Azadmediatv.com-a İ.Həsənovun özü məlumat verib.

Belə ki, İ.Həsənov sözlərinə görə, hüquqlarının Şəki  Apellyasiya Məhkəməsinin hakimi Vəzirxan Məlikov tərəfindən kobudcasına pozulmasıyla  bağlı etdiyi müraciətə baxılması və  müvafiq tədbir görüllməsi üçün  redaksiyamızın Şəki Şəhər İcra Hakimiyyətinə ünvanladığl sorğu müsbət cavablandırılıb.  Şəki İH-nin  hüquq şöbəsindən bildirilib ki,  Qarabağ qazisinin hüquqlarının bərpa edilməsi üçün  dərhal adekvat addım atılıb. Müraciət qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, qanunla müəyyən edilmiş qaydada baxılması üçün aidiyyatı üzrə Şəki Apellyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki,  İ.Həsənov 4 ildir ki, bütün instansiyalarda təsdiqini tapmış sənədlərə malik olsa da, ƏƏSMN-dən  haqqı olan əlillik dərəcəsini ala bilmir.

 Xatırladaq ki, İlyaz  Həsənov 1988 -ci ildən Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü, demokratiya və inkişafı uğrunda ardıcıl  mücadilə aparan insanlarımızdan biridir.

Нет описания.

Azadmediatv.com

 




OXŞAR XƏBƏRLƏR