Tərtərin icra başçısını

Tərtərin icra başçısını "itiqovan" kimi qovdular...

Sentyabrın 6-da Tərtər rayonunun Seyidimli kəndində əhali  icra başçısı Müstəqim Məmmədova qarşı öz etiraz səsini ucaldıb.
Azadmediatv.com-un xəbərinə görə, bu haqda Azərbaycan Milliyyətçi Hərəkat Partiyasının (Boz Qurd)  sədri Qələndər Muxtarlı sosial şəbəkədəki səhifəsində video görüntü və status paylaşımı edib.
Belə ki,  rayonun icra başçısı Müstəqim Məmmədovun fəaliyyətindən narazı olan kənd camaatı  44 günlük müharibə  dövründə onlara dəyən zərərin ödənməsində ayrıseçkilik edildiyini iddia ediblər. Evləri dağılan kənd sakinləri onlara dəymiş ziyanın ödənməsiylə bağlı keçirdikləri etiraz aksiyasına gələn M.Məmmədovu kənddən qovub, daha sonra yolu bağlayıblar. Onlar bildiriblər ki, hüquqları bərpa olunanadək davamlı mitinqlər keçirəcəklər.

 Statusu olduğu kimi təqdim edirik: 
"Tərtərin İcra Başçısını "itiqovan" kimi qovdular... Tərtər rayonu Seydimli kəndi, icra başçısı Müstəqim Məmmədova qarşı xalq üsyanından bir epizod. Axıra qədər qoruyun millətə zülm edənləri...
Camaat bilirsiz nə istəyir?
Sadə bir sual verir insanlar. Necə olur ki camaata dövlətin verdiyi vəsaiti icra başçısı mənimsəyir? Onsuz da bu əhali min bir müsibət çəkib. Sərhəd kəndinə niyə belə münasibət olmalıdı? Niyə kənd sakinlərinin bir qisminə pul verilir digərlərinə yox? Seçim hansı kriteriya üzrə aparılır? Tək buna cavab versinlər yetər. Davamı olacaq"

Нет описания.
Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR