"Ərbəin" ziyarətinə quru yolla getmək barədə açıqlama verildi

2021-ci ildə dünyanın müxtəlif şəhərlərində, o cümlədən Kərbəlada "Ərbəin" mərasiminin vaxtı 27 və 28 sentyabr günlərinə təsadüf edəcək. Bunadək isə bu mərasimin əsasını təşkil edən “Nəcəf-Kərbəla yürüşü” həyata keçiriləcək.  

Azadmediatv.com-un xəbərinə görə, əvvəlki illərdən fərqli olaraq, pandemiya səbəbindən bu mərasimə xarici ölkələrdən nisbətən az zəvvar qatılacaq.  Azərbycandan daaz sayda olsa belə,  zəvvar qrupları bu mərasimə qoşulacaqlar.
 Qeyd edək ki, hər il 10 minlərlə azərbaycanlını quru sərhədlərlə qəbul edən İraq dövləti bu il  pandemiyaya görə, zəvvarları  məhdud sayda yalnız hava limanından qəbul edəcəyini açıqlayıb.
 Lakin İraq dövlətinin daima dəyişkən qərarlarını tanıyan vətəndaşlarımız hələ də quru sərhədlə bu ziyarətə getmək ümidlərini itirməyiblər. 
Belə ki, “Salamtour” şirkətinin rəhbəri Nurlan Dadaşov bildirib ki, şirkət bu il quru yolla zəvvar aparmasa da, digər şirkətlər bu yolla zəvvar aparmağı planlaşdırır. Quru yolla zəvvar aparmaq istəyən şirkətlər isə 2 yerə ayrılıb:
 1. Tranzit ölkə kimi İrandan keçib getmək istəyənlər
 2. Tranzit ölkə kimi Türkiyədən (Naxçıvan) keçib getmək istəyənlər


   Onun sözlərinə görə,  İraq dövlətinin indiki qanunlarına görə, hər iki sərhəd bağlıdır, lakin yolun açılma şansı az olmasına baxmayaraq,  2-ci yolu 1-ci yola nisbətən daha şanslı hesab edir: 

"Ümumiyyətlə, pandemiya dövründə İraqa tez-tez səfər edən biri kimi həm şirkət rəhbərləri, həm qrup liderləri, həm də zəvvarları bu məsələdə daha diqqətli olmağa çağırıram. Ancaq qanun imkan verərsə, səfərə çıxmaq məsləhətdir. Digər hallarda nəticə yaxşı olmaz". 
Şirkət rəhbəri qeyd edib ki,  Allahdan ən böyük istəyimiz tezliklə bu xəstəlik bəlasının yer üzündən çəkilməsi və arzusunda olanların bu il və gələn illərdə bu ziyarətə rahatlıqla yenə də gedə bilməsidir. 
Azadmediatv.com
 




OXŞAR XƏBƏRLƏR