Azərbaycan Milliyyətçi Hərəkat (BOZQURD) Partiyasının növbədənkənar qurultayı keçirilib - BU GÜN (YENİLƏNİB)

Azərbaycan Milliyyətçi Hərəkat (BOZQURD) Partiyasının növbədənkənar qurultayı keçirilib - BU GÜN (YENİLƏNİB)

Sentyabrın 12-də Azərbaycan Milliyyətçi Demokrat Partiyası özünün  növbədənkənar Qurultayını keçirib.
Azadmediatv.com-un xəbərinə görə, onlayn keçirilən qurultayda 61 rayon təşkilatının 122 nümayəndəsi, eləcə də qonaqlar və mətbuat nümayəndələri iştirak ediblər.


 Növbədənkənar qurultay Azərbaycan Respublikasının Dövlət Himniylə öz işinə start verərək, şəhidlərimizin ruhunu bir dəqiqəlik sayğı duruşuyla yad ediblər.  Partiyanın sədri Qələndər Muxtarlı çıxışında bildirib ki, növbədənkənar qurultayın çağrılmasının əsas səbəbləri, dünyada və bölgədə qlobal proseslər fonunda ölkəmizin vəziyyəti və  partiyanın gələcək fəaliyyət  platformasıdır:

"Azərbaycan Milliyyətçi Demokrat Partiyasının növbədənkənar qurultayının əsas məqsədlərindən biri, bir neçə siyasi təşkilat və qurumların birləşmə barədə təşəbbüsləri və bu haqda təşkilatlararası qarşılıqlı anlaşmanın baş tutması, milliyyətçi siyasi camiənin bir blok ətrafında konsolidasiya olunması məsələlərinin müzakirə və həll olunması idi". 

Qurultayda partiya yetkililəri, eləcə də qonaqlar çıxış ediblər. Daha sonra  partiyanın Baş Məclis üzvləri, İdarə Heyəti səsvermə yolu ilə seçiliblər.
Belə ki,  Q.Muxtarlının təklifi ilə partiyanın 11 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb.  Qurultayda partiya sədrinin müavinləri də müəyyənləşdirilib:

1. İlyas Abdullayev - sədrin birinci müavini 
2. Nəsimi Sadıqov - sədrin xarici və iqtisadi əlaqələr üzrə müavini
3. İlham Həşimov - sədrin təşkilat məsələləri üzrə müavini
4. Həsən Həsənov - sədrin siyasi əlaqələr üzrə müavini
5. Firuddin Əhmədli - sədrin Türk Dünyası ilə əlaqələr üzrə müavini
6. İlqar Kazımov sədrin ictimai əlaqələr üzrə müavini
  Mənsum Bayramov isə  Azərbaycan Milliyyətçi Demokrat Partiyasının Böyük Məclisinin sədri seçilib.
Qurultayda Bütöv Azərbaycan Birliyinin sədri, Aqil Səmədbəyli, Bütöv Azərbaycan Hərəkatının sədri Yasəmən Qaraqoyunlu,  Demokratik Dəyişim Platformasının rəhbəri Əli Mustafayev,  Bütöv Azərbaycan Ocaqları təmsilçisi Paşa Həsənli, Turk Dünyası Partiyası adından, Eldar bəy Abdullayev, CAMOH təmsilçisi Ağrı Qaradağlı, Türkiyə Cumhuriyyətindən isə  Günaydın Altınok Altınel, Sinan Atçəkən və başqaları çıxış edərək, partiyanın gələcək fəaliyyətində uğurlar  arzulayıblar.
Həmçinin, Güney Azərbaycan Milli Oyanış Hərəkatı Başqanı sayın Mahmudəli Çöhrəqaninin və Türk Dünyası Dayanışma və Yardımlaşma Təşkilatının gənəl başqanı Halid  Kanakın qurultaya təbrik məktubu oxunub.

Növbədənkənar qurultay öz işini  Azərbaycan Respublikasının Dövlət Himniylə başa vurub.

*********************

 12-09-2021 10:46

Sentyabrın 12-si saat 12:00-da  Azərbaycan Milliyyətçi Hərəkat (BOZQURD) Partiyasının növbəvbədənkənar qurultayı keçiriləcək.

Azadmediatv.com-un xəbərinə görə. bu haqda partiyanın sədri Qələndər Muxtarlı sosial şəbəkədəki səhifəsində məlumat verib.

Belə ki, pandamiya qadağalarından dolayı növbədənkənar qrultay onlayn həyata keçiriləcək.

 Qurultay facebook üzərindən də canlı yayınlanacaq.

 Qeyd edək ki, partiya 1992-ci ildə  İlriqlalçı millət vəkili, sabiq daxili işlər naziri, AXH-nin qurucusu və təsisçisi, general İsgəndər Həmidov tərəfindən  yaradılıb. Partiya ilk qurultayını 26 dekabr 1993-cü ildə keçirib. Partiya 1994-cü ilin aprelində rəsmi dövlət qeydiyyatından "Bozqurd Partiyası" olaraq keçib.

.Lakin 1995-ci ildə Ali Məhkəmə tərəfindən verilən qərarla partiyanın adının konstitusiyaya uyğun olmadığı səbəbi ilə ləğv edilib.  İsgəndər Həmidov isə həbs edilib.

Partiya fəaliyyətini dayandırmasa da, 11 iyul 1995-ci ildə adını Azərbaycan Milli Demokrat Partiyası dəyişdirib. Ad dəyişikliyi  partiyanın 1999-cu ildə keçirilən qurultayında rəsmi olaraq təsdiqlənib.

1995-2003-cü illərdə  İsgəndər Həmidov həbsdə olduğu üçün partiya rəsmi olaraq qeydiyyat alınmayıb.

2008-ci ilin aprel ayında  AMDP və Azadlıq Partiyası arasında birləşmə qərarı alınıb. Lakin daha sonra birləşmə gerçəkləşməyib.]

Partiya sədrliyinə daha sonra İsgəndər Həmidov  keçib,  lakin 2011-ci ildə  o, sədrlik postundan istefa verib..

İsgəndər Həmidov 2018-ci ildən yenidən partiya sədrliyinə keçib. Lakin 2020-ci ildə vəfat etdiyindən partiyanın sədri yenidən Qələndər Muxtarlı seçilib.

Azadmediatv.com.




OXŞAR XƏBƏRLƏR