Gülər Əhmədova haqqında səsləndirdiyim fikirlər Elşad Abdullayevə məxsusdur, bunu onun sifarişiylə etmişəm - ƏFLAN İBRAHİMOV

Gülər Əhmədova haqqında səsləndirdiyim fikirlər Elşad Abdullayevə məxsusdur, bunu onun sifarişiylə etmişəm - ƏFLAN İBRAHİMOV

Sentyabrın  17-si  Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə sabiq millət vəkili Gülər Əhmədovanın Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimova qarşı xüsusi ittiham qaydasında iddiasına baxılıb.

Azadmediatv.com-un xəbərinə görə,  hakim Ş.Nəcəfova  məhkəmə araşdırması zamanı tərəfləri dinləyib.   Əflan İbrahimov  çıxışında bildirib ki, sabiq millət vəkili, ictimai-siyasi xadim Gülər Əhmədovaya qarşı böhtan və iftiradolu  çıxışını hazırda  Fransada mühacir həyatı yaşayan, ABU-nun qalmaqallı sabiq rektoru Elşad Abdullayevin sifarişi ilə həyata keçirib: "Gülər Əhmədova haqqında səsləndirdiyim fikirlər Elşad Abdullayevə məxsusdur. Bunu onuun sifarişiylə etmişəm. Hamı səhv edə bilər. Bu da mənim səhvim olub.  Elşad Abdullayev sədri olduğum partiyada müavin idi. Bu hadisədən sonra onu partiya sıralarından xaric etdim. Mən bütün bu iftiralar üçün dəfələrlə həm mətbuat, həm də şifahi olaraq Gülər Əhmədovadan üzr istəmişəm. İndi isə məhkəmədə Gülər xanımdan üzr istəyirəm və barışıq təklif edirəm. Ümid edirəm ki, G.Əhmədova üzrümü qəbul edib məni bağışlayacaq. Məhkəmənin nəzərinə çatdırıram ki, məlum müsahibəni verərkən anlaqlı vəziyyətdə olmamışam",- deyə o, bildirib.
 Hakim Ş.Nəcəfova tərəflərin yazılı müraciəti əsasında  işin icraatına xitam verib.

Qeyd edək ki, sabiq millət vəkili G.Əhmədova Əflan İbrahimovu onu sosial şəbəkə üzərindən yayımlanan  "LAF" TV-dəki çıxışına görə, məhkəməyə verib. Onun sözlərinə görə, Gülər Əhmədova haqqında sözügedən kanalda  iftiradolu  çıxışını hazırda  Fransada mühacir həyatı yaşayan, ABU-nun qalmaqallı sabiq rektoru Elşad Abdullayevin sifarişi ilə edib: "Elşad Abdullayev mənə dedi ki, gedərsən Ləman Əliəşrəfqızının yanına. O sənə çıxış üçün efir verəcək. Bəli, etiraf edirəm ki, E.Abdullayevin diqtəsiylə efirdə demişəm ki, Gülər Əhmədova Ramiz Mehdiyevin adamıdır, onun həyat yoldaşının əmr  və göstərişlərini yerinə yetirir. Guya Hafiz Hacıyevə 150 minə maşın alıb və s. Mən bütün bu iftiralar üçün Gülər Əhmədovadan üzr istəyirəm. Çıxış edən zaman anlaqlı vəziyyətdə olmamışam",- deyə o, bildirib.

Нет описания.


Azadmediatv.com.
 





OXŞAR XƏBƏRLƏR