Göyçə-Zəngəzur Respublikasının Nazirlər Kabineti fəaliyyətə başladı

Göyçə-Zəngəzur Respublikasının Nazirlər Kabineti fəaliyyətə başladı

Göyçə-Zəngəzur Respublikası və Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi Mətbuat xidmətinin məlumatı
Göyçə-Zəngəzur Respublikası prezidenti Rizvan Talıbov Göyçə-Zəngəzur Respublikası Nazirlər Kabinetinin təşkili haqqında sərəncamlar imzalayıb.

Azadmediatv.com-un xəbərinə görə, bu haqda R.Talıbov sosial şəbəkə üzərindən məlumat yayıb.  Belə ki,  o, Göyçə-Zəngəzur Respublikasının Baş nazirinin təyin edilməsi haqqında Göyçə-Zəngəzur Respublikası Prezidenti adından sərəncam imzalayıb. Xəbəri olduğu kiimi təqdim edirik:


"QAQB Ali Məşvərət Şurasının 10 mart 2021-ci il tarixində Göyçə-Zəngəzur Respublikasının yaradılması haqqındakı Bəyannaməsinin 6-cı bəndini rəhbər tutaraq qərara alıram:
 1. Allahverdi Müslüm oğlu Namazov Göyçə-Zəngəzur Respublikası hökümətinin Baş naziri vəzifəsinə təyin edilsin.
 2. Bu sərəncam imzalandığı tarixdən qüvvəyə minir.
 Rizvan Talıbov
Göyçə-Zəngəzur Respublikasının Prezidenti
 Bakı şəhəri 14 sentyabr 2021-ci il.


    Prezidentin digər sərənsamları ilə:
 1. Rövşən Əmrah oğlu Cəlilov Baş nazirin 1-ci müavini və Səhiyyə naziri vəzifələrinə,
 2. Mehdi Oktyabr oğlu Nağıyev Baş nazirin müavini vəzifəsinə,
 3. Mehdi Rəsul oğlu Mehdiyev Baş nazirin müavini vəzifəsinə,
 4. Nəcibə Abuş qızı Abdullayeva Baş nazirin müavini vəzifəsinə,
 5. Həsən Əli oğlu Əsədov Daxili İşlər naziri vəzifəsinə,
 6. Vidadi İsax oğlu Əhmədov Ədliyyə naziri vəzifəsinə,
 7. Xaqani Əziz oğlu Qasımov Təhsil naziri vəzifəzinə,
 8. Rəşad Fazil oğlu Məmmədov İqtisadiyyat və Maliyyə naziri vəzifəsinə,
 9. Cahangir Həsən oğlu Kərimov Kənd təsərrüfatı naziri vəzifəsinə,
 10. Nazim Nəriman oğlu Kələntərov Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə,
 11. Mustafa Vəli oğlu Əfəndiyev Gənclər və İdman naziri vəzifəsinə,
 12. Elturan Bayraməli oğlu Musayev Mətbuat və İnformasiya naziri vəzifəsinə,
 13. Xaqani Neman oğlu İsmayıl Mədəniyyət və Turizm naziri vəzifəsinə,
 14. Svetlana Məmməd qızı Gülməmmədova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə,
15. Razim Qızıl oğlu Əliyev Dövlət Kömrük Komitəsinin sədri vəzifəsinə 
 təyin olunmuşlar.
Sərəncamlar imzalandığı 14 sentyabr 2021-ci il tarixindən qüvvəyə minir.
  Dövlətimiz, Millətimiz, El-obamız üçün uğurlu-xeyirli olsun!!!
14 sentyabr 2021-ci il.
Bakı"


Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR