Murad Həşimov: “Vətən Müharibəsi qəhrəmanı Qəzənfər Ağayev mənzillə təmin olunanlar siyahısındadır

Murad Həşimov: “Vətən Müharibəsi qəhrəmanı Qəzənfər Ağayev mənzillə təmin olunanlar siyahısındadır"

Vətən Müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı kəşfiyyat bölüyünün komandiri, baş leytenant Qəzənfər Ağayev mənzillə təmin olunub.

Azadmediatv.com-un xəbərinə görə, bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat yayıb:

“Vətən Müharibəsi qəhrəmanımız Qəzənfər Ağayev də dövlətimiz tərəfindən mənzillə təmin olunanlar siyahısındadır. Yeni mənzilində xoş günlər yaşasın!”.

Qeyd edək ki, Q.Ağayev  44 günlük Vərən müharibəsində yaralanmaqla yanaşı, xərçəng xəstəliyindən də əziyyət çəkirdi. O, bir müddət əvvəl  müalicəsini davam etdirmək üçün YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib,  orada məlum olub ki, müayinələrin nəticəsinə əsasən, həkimlər tərəfindən ölkəmizdə aparılan müalicən effektiv nəticə verib. Türkiyə mütəxəsisləri Q,Ağayevdə xərçəng hüceyrələrinin aşkar edilmədiyi barədə rəy verilb..




OXŞAR XƏBƏRLƏR