Rəcəb Tayyib Ərdoğanı  gətirən təyyarə Füzuli aeroportuna eniş edib

Rəcəb Tayyib Ərdoğanı  gətirən təyyarə Füzuli aeroportuna eniş edib

Oktyabrın 26-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib.

Azadmediatv.com-un xəbərinə görə,


. Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Belə ki, Prezident İlham Əliyevin dəvəti əsasında Rəcəb Tayyib Ərdoğan Azərbaycanda birgünlük səfərdədir. Türkiyə prezidenti Azərbaycan dövlət başçısı ilə birlikdə işğaldan azad olunmuş Füzulidə beynəlxalq hava limanının açılış mərasimində iştirak etməlidir. Habelə, bölgədə çəkilən avtomobil yolunun və Zəngilanda inşa ediləcək "Ağıllı aqropark" layihəsinin təməlqoyma mərasimlərinə qatılmalıdır.

Qeyd edək ki, 2020-ci il  II Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Füzuli və Zəngilan rayonları daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Xatırladaq ki, Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR