Zəminə Dünyamalıyeva HƏP-dən istefa verib

Zəminə Dünyamalıyeva HƏP-dən istefa verib

HƏP-in sədr müavini, sabiq millət vəkili  Zəminə Dünyamalıyeva partiya sıralarından istefa verib.
Azadmediatv.com-un əldə etdiyi məlumata görə, tanınmış siyasətçi xanım partiyadaxili çəkişmələrə görə bu addımı atıb. Belə ki, eks-spiker Rəsul Quliyevin kadrı kimi tanınan sabiq millət vəkili Z.Dünyamalıyevanın sabiq səfir İsfəndiyar Vahabzadəylə aralarındakı söyuq müharibə, həmçinin HƏP-in  hakimiyyətlə münasibətləri istiləşdirməsi də istefaya aparan səbəblərdən biridir.
 HƏP-in verdiyi məlumata görə isə, HƏP-in sədr müavini Zəminə Dünyamalıyeva son 5 ay ərzində  Partiyanın heç bir tədbirinə qatımayıb, quruculuq işlərində də fəaliyyət göstərməyib. Səbəb kimi isə Z.Dünyamalıyevanın bir müddət səhətində yaranan problemlər və sonra da ailə işləri ilə məşğul olduğuna görə partiyada görəcəyi işləri icra edə bilməməsi göstərilib.  Son dəfə isə danışıqıarında HƏP Mərkəzi İcra Aparatının rəhbəri Elşən Bayramlıya ilin sonuna qədər xaricdə olacağını söyləyib.  İdarə Heyətinin üzvləri Zəminə Dünyamalıyevanın uzun müddət partiya işindən kənarda qalmasının səbəblərini başa düşdüklərini və partiya işləri ilə məşğul olmaq imkanlarının olmadığını nəzə alaraq Elşən Bayramlının təklifi ilə onun partiyanın sədr müavini, İdarə Heyəti üzvü vəzifələrindən azad olunmasını və partiya sıralarından xaric edilməsi məsələsi  müzakirələrdən sonra səs çoxluğu ilə qəbul edilib.

Возможно, это изображение (2 человека)

Qeyd edək, HƏP Z.Dünyamalıyevanın indiyədək üzvü olub, istefa verdiyi 4-cü partiyadır.

Xatırladaq ki, Zəminə Dünyamalıyeva 1957-ci il mayın 1-də Ağdam rayonunun Şelli qəsəbəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aqronomluq üzrə ali təhsil alıb. Ailəlidir, üç övladı var.

Siyasi fəaliyyətinə  YAP sıralarında başlayıb. 1995-ci il noyabrın 12-də keçirilən Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 10-cu sırada olan Zəminə Dünyamalıyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Zəminə Dünyamalıyeva Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
1995–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) üzvü və YAP Ağdam Rayon Şöbəsinin sədri olub. 1998-ci ildə YAP-dan istefa verərək Azərbaycan Demokrat Partiyasının  (ADP) üzvü olub. 1998-ci ildən 2007-ci illədək Azərbaycan Demokrat Partiyasının (ADP), 2007-ci ildən 2009-cu illədək Açıq Cəmiyyət Partiyasının (ACP) (dövlət qeydiyyatı yoxdur) üzvü olub. 2019-cu il tarixində Haqq Ədalət Partiyasının (HƏP) quruluşunda iştirak edib,  2020-ci il yanvarın 25-də Haqq Ədalət Partiyasının Təsis Konfransında partiya sədrinin müavini və İdarə Heyətinin üzvü seçilib.

Gülnaz Qənbərli
Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR