Əli Əliyevin saxlanılması barədə  yayılan məlumat öz təsdiqin tapıb

Əli Əliyevin saxlanılması barədə  yayılan məlumat öz təsdiqin tapıb

Vətəndaş və İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyevin saxlanılması barədə  yayılan məlumat öz təsdiqin tapıb.

Azadmediatv.com -un xəbərinə görə, onunla birlikdə "Bumeranq" TV-nin rəhbəri  Elçin Rəhimzadənin də saxlanıldığını qeyd edilib.

Belə ki, Musavat.com Əli Əliyevin hansı hüquq mühafizə orqanı tərəfindən saxlandığını müəyyənləşdirib və yetkililərlə danışa bilib: "İstintaq orqanı müxbirimizə bildirdi ki, hazırda VİP sədri və "Bumeranq" TV -nin rəhbəri bir məsələ ilə bağlı ifadə verirlər, yaxın saatlarda sərbəst buraxılacaqlar.



Mövzunu və partiya sədri ilə jurnalisti istintaqa cəlb edən qurumun adını müvəqqəti olaraq, həmin qurumun xahişi ilə yazmırıq. İrəliləyən saatlarda VİP sədri Əli Əliyev və Elçin Rəhimzadə özləri məlumat yayacaqlar.

İstintaq orqanından Musavat.com-a bildirilib ki, adları çəkilən şəxsləri sadəcə, ifadə vermələri üçün dəvət ediblər. Prosesdə heç bir qara maskalı olmayıb, heç bir yerdə axtarış aparılmayıb, heç bir yer dağıdılmayıb".

Əlavə məlumat veriləcək.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR